Bakı Sağlamlıq Mərkəzinin infeksiyanin profilaktikası və infeksiyon nəzarət bölümü tərəfindən “İİV -infeksiyasının profilaktikası” mövzusunda seminar keçirildi

Bakı Sağlamlıq Mərkəzinin infeksiyanin profilaktikası və infeksiyon nəzarət bölümü tərəfindən “İİV -infeksiyasının profilaktikası” mövzusunda seminar keçirildi. Seminar iştirakçılara Azərbaycanda İİV epidemiyası ilə bağlı vəziyyət, İİV-in yoluxma yolları və profilaktikası, Təmasdan Öncə Profilaktika proqramına daxil edilmə meyarları, İİV-lə yaşayan insanlara qarşı stiqmanın əsasları, diskriminasiyanın aradan qaldırılması barədə məlumatlar verilib, təqdimatlar nümayiş olunub. Mərkəzimizdə fəaliyyət göstərən tibb işçiləri üçün İİV infeksiyasının aşkarlanması, diaqnostikası, müalicəsi və profilaktikası ilə bağlı keçirilən seminarda iştirakçılara mövzu ilə bağlı pre, post testlər təqdim olunub. Təmasdan Öncə Profilaktika başlamazdan öncə kliniki və laborator müayinələr, İİV-lə yaşayan insanların müalicə və müayinələrə cəlb olunmasında stiqma və diskriminasiyanın yaratdığı əngəllər barədə həkim infeksionist Ləman Qalimova ilə ətraflı müzakirələr aparılıb. Seminarın keçirilməsində əsas məqsəd bu qrupa aid şəxslərdə İİV infeksiyasının ötürülməsinin qarşısını almaq, müayinə və müalicəsini ciddi nəzarətdə saxlamaqla İİV-in yayılma səviyyəsinin və Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) ilə bağlı ölüm hallarının azaldılmasıdır.

Diqər xəbərlər